SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək və Kəngərli rayonlarında humanitar aksiya keçirilib

Sədərək və Kəngərli rayonlarında humanitar aksiya keçirilib
7-10-2019, 19:30

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həmin tədbirlərin davamı olaraq ötən şənbə Naxçıvan Muxtar Respublika Xəstəxanasının 6 nəfərdən ibarət həkim briqadası tərəfindən Sədərək, 10 nəfərdən ibarət həkim briqadası tərəfindən isə Kəngərli rayonunun kəndlərində müayinələr aparılıb. Xəstəxanaya gələ bilməyən ahıl və yataqda olan 20 xəstəyə evlərində tibbi xidmət göstərilib. Gün ərzində laborator təhlillər, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb,müvafiq təyinatlar verilib. Xəstələrə ilkin tibbi yardım üçün istifadə olunan bütün dərmanlar, arterial təzyiqin ölçülməsi üçün Fonendoskop cihazları verilib.

Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031