SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hansı xallar dəri xərçənginə çevrilə bilər?-Müsahibə

Hansı xallar dəri xərçənginə çevrilə bilər?-Müsahibə
13-01-2019, 18:49

Xallarla bağlı bir çox əfsanələr mövcuddur. Hər bir insanın bədənində mövcud olan bu xallar kiminə görə xoşbəxtlik əlamətidir, kiminə görə insanın həyatındakı düşmənlərin sayını göstərir. Hətta, qədim dövrlərdə göy rəngə çalan tüklə örtülmüş xal şeytan əməli hesab olunduğu üçün belə xalları olan qadınlar tonqalda yandırılırdılar.
Bəs tibbi baxımdan necə, xal nədir? Orqanizmdə hansı funksiyaları yerinə yetirir və hansı fəsadlar yarada bilər?

Mövzu ilə bağlı NAXCİVANXEBERLERİ.COM-un suallarını Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimi dermatoloq Əsmər Həsənova cavablandırıb.
Hansı xallar dəri xərçənginə çevrilə bilər?-Müsahibə
















Xallar nədir və necə yaranır?

-Tibbdə nevus adlandırdığımız xallar,əslində dəridəki rəng hüceyrələrinin toplanmasıdır.Dəridə olan epidermis və dermis qatları arasındakı melonosit hüceyrələrinin bir araya gəlməsi nəticəsində yaranır.

Hansı xallar var?


-Xallar həm anadangəlmə, həm də sonradan yaranan xallar olaraq ikiyə ayrılır. Daha çox təhlükəli hesab etdiyimiz xallar konjenital nevuslar yəni, anadangəlmə xallardır.Bunlar həm ölçülərinə görə böyük olur ,2 sm və daha çox, eyni zamanda üzəri tüklə örtülür. Sonradan qazanılma xallar isə , bunlara edinsel xallar deyirik, 3 böyük qrupa ayrılır.
1.Junctional Nevus – 1-6 mm ölçüdə olub, dərinin epidermis qatından gələn nevusdur.
2. İntradermal Nevuslar – Daha çox rast gəlinir, yetişkin insanlarda daha çoxdur. Dəri səthindən qabarıq, qəhvəyi görüntüyə malikdir.
3. Birləşik Nevuslar - Uşaqlarda və yeniyetmələrdə daha çoxdur. 5-10 mm ölçüdə, hər iki xalın yəni ,junctional və intradermal nevusun özəlliklərini daşıyır.

Xalların böyüməsinə səbəb nədir və bu böyümə təhlükəlidirmi?

- Yaş artıqca və dəri sahəsi böyüdükcə nevuslar da böyüyür. Bu fizioloji böyümədir. Əgər nevusların rəngində, ölçüsündə asimmetrik bir böyümə və ya dəyişiklik hiss ediriksə, bu dəyişikliyi qeyri normal böyümə kimi dəyərləndirib həmin an həkimə müraciət etmək lazımdır. Çünki, bu dəyişiklik artıq həyatı təhlükəyə səbəb olan melanomanın yəni dəri xərçənginin göstəricisi, xəbərçisi ola bilər.

Ət xallar nədir, necə yaranır?

- Ət xallar, fibroepitelyal poliplərdir. Burada rəng hüceyrələri olmadığı üçün ,rəngləri dəri rəngində olur. Daha çox boyunda, qoltuqaltında, qasıq nahiyəsində əmələ gəlir. Aşırı tərləyən insanlarda, şəkərli diabet xəstələrində müşahidə edirik. Digər xallar kimi təhlükəli deyil.

Xalları kəsdirmək təhlükəlidirmi? Daha çox insanları narahat edən, “əgər xalımı kəsdirdimsə xərçəngə çevrilə bilər” deyə hər zaman qorxu hissi var. Bu nə dərəcə doğrudur? Həqiqətənmi, xala əl vurmaq və kəsdirmək olmaz?

-Əgər, bir xalın görüntüsündə dəyişiklik baş verirsə, kənarlarında girintili-çıxıntılı sahələrə və ya rəngində dəyişiklik hiss ediriksə bu xal mütləq mütəxəssis tərəfindən dəyərləndirməlidir. Diaqnostik məqsədlə xalların dəyərləndirilməsində dermaskopiya metodundan istifadə edirik. Normal gözlə baxıb görə bilmədiyimiz melonosit hüceyrələrində dəyişikliyi, informasiyanı biz bu metodun köməkliyi ilə əldə edirik. Əgər bir nevusun dermaskopik görüntüsündə şübhəli hesab etdiyimiz hüceyrələrə rast gəliriksə, bu xal mütləq cərrahi metodla çıxarılmalıdı.Hər bir çıxarılan xal histopatoloji müayinəyə göndərilir.

Bir nevusun dəri xərçənginə çevrilmə səbəbləri nələrdir?

- Əsas faktor günəş şüalarıdır. Ozon təbəqəsi getdikcə incəlir və günəşin ultra-bənövşəyi şüalarının mənfi təsirlərinə daha çox məruz qalırıq. Bu səbəbdən hər bir insana tövsiyyə edirik ki, günəşin mənfi təsirlərindən qorunmaq üçün günəş qoruyucu kremlərdən istifadə etsinlər. Ən çox açıqda qalan üz, boyun, əl nahiyyələrə evdən çıxmazdan 30 dəqiqə əvvəl krem çəkilməli və 2 saatdan sonra təkrarlanmalıdır.

Xallarda təhlükə işarəti nələrdir?

- Bir insanın bədənindəki bütün xalları gələcəkdə təhlükə yaradar deyə çıxarmaq həm lazımsız, həm də texnik baxımdan imkansızdır. Lakin bir xalda,
-rəng dəyişikliyi (non-homogen) baş verirsə,
- kənarlarında qeyri- düzgün görüntü varsa,
- ətrafında qızarıqlıq, qaşıntı varsa,
- səbəbsiz, heç bir travmaya məruz qalmadan qanamalar başlayırsa,
- Yerləşməsinə görə, ayaq altında, ayaq barmaq arasında yerləşirsə, bu xallarınn malign melonoma adlandırdığımız dəri xərçənginə çevrilmə riski vardır və vaxt itirmədən bu xallar cərrahi müdaxilə ilə mütləq götürülməlidir.


Seyfur HACIMURADOV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031