SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda qanvermə aksiyasında 790 nəfərdən 366,5 litr qan toplanıb

Naxçıvanda  qanvermə aksiyasında 790 nəfərdən 366,5 litr qan toplanıb
19-09-2019, 09:25

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Dini Qurumlarla İş üzrə İdarəsinin təşkilatçılığı ilə sentyabrın 10-da Aşura günü münasibətiə könüllü qanvermə aksiyalarında keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qanvermə aksiyaları zamanı Şərur rayonunda 120 nəfərdən 48, Babək rayonunda 102 nəfərdən 51, Culfa rayonunda 72 nəfərdən 36, Kəngərli rayonunda 80 nəfərdən 40,7 Ordubad rayonunda 49 nəfərdən24,5, Şahbuz rayonunda 52 nəfərdən 26, Sədərək rayonunda isə 35 nəfərdən 17 litr qan tədarük edilib. Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən 139 nəfərdən 70, Diaqnostika Müalicə Mərkəzi tərəfindən 59 nəfərdən 29,5, Doğum Mərkəzi tərəfindən 82 nəfərdən 24,5 litr qan toplanılıb. Bütövlükdə isə 790 nəfərdən 366,5 litr qan götürülərək qan bankına təhvil verilib. Beləliklə, qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tədarük olunan qan və qandan hazırlanmış preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin operativ əməliyyatlarda qana ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunacaq.


Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031