SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaqxəstəxanasında seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaqxəstəxanasında seminar keçirilib
13-09-2019, 20:01

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaqxəstəxanasında “Müasir Səhiyyənin aktual problemləri: uşaqlarda irsi genetikxəstəliklər” mövzusunda seminar keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, çıxış edənlər bildirib ki, bir çox insanlar tərkibindən, kimyəvi təsirindən xəbərsiz olduqları dərman preparatları da qəbul edirlər. Bu maddələr orqanizmdə gedən fizioloji və bioloji prosesləri ləngidir və hüceyrə səviyyəsinən başlayaraq patologiya əmələ gəlir. Bu proseslərin son nəticəsi isə orqanizm balansının pozularaq irsi və irsi olmayan xəstəliklərə düçar olmasına şərait yaradır. Qidalanma və qidaların tərkibi də orqanizmdə yaranan xəstəliklərə təkan verən amillərdir.
Vurğulanıb ki, ümumiyyətlə, ekoloji problemlər canlı orqanizmlərdə mutasiya əmələ gətirir. Sadalanan səbəblər isə doğulan uşaqlar arasında anadangəlmə qüsurlu uşaqların sayının artmasına səbəb olur.
Seminarda iştirakçıları maraqlandıran suallar da ətraflı cavablandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031