SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gülüstan kəndində uşaqlar tibbi müayinədən keçirilib

Gülüstan kəndində uşaqlar tibbi müayinədən keçirilib
24-07-2019, 19:28

Ə.Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası Culfa rayonundakı Gülüstan kəndində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib.

Pediatr, endokrinoloq, stomatoloq, nevropatoloq, cərrah və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında 20 nəfər uşağa tibbi xidmət göstərib, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. Valideynlər arasında səhiyyə maarifi işi aparılıb, “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” haqqında məlumat verilib. Uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.

Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar ambulatoriya işçilərinə metodiki köməklik göstərilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031