SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Şərur Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
24-07-2019, 19:09

İyulun 23-də Şərur Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Xeyrənsə Babayeva müasir dövrün aktual yoluxucu xəstəliklərindən olan Hepatit B və C virus xəstəliklərinin müayinə,müalicə və profilaktikası mövzusunda məruzə edib. Bildirib ki, Ümumdünya Səhiyyə Assambleyasının 2010-cu il tarixli qərarına əsasən iyulun 28-i bütün dünyada Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Həmin gün hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.

Son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində, vaxtaşırı olaraq qonşu ölkələrdə və ümumiyyətlə regionda müşahidə edilən epidemioloji gərginliyə baxmayaraq, muxtar respublikamızda epidemioloji sabitliyin təmin edilməsinə şərait yaranmışdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, ötən əsrin sonlarından yayılmış hepatit virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntular yaradır. Hepatitə yoluxmuş insanların çox böyük əksəriyyəti bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicəsi aparılmır. Yalnız hepatitin müxtəlif formaları, onların qarşısının alınması və müalicəsi yolları barədə maarifləndirməni genişləndirməklə insan həyatını xilas etmək olar.

Mərkəzin həkimləri Abbas Əliyev “Hepatit B və C xəstəliklərinin etiopatogenezi, yoluxma yolları və klinikası”, Tofiq Hacıyev ““Hepatit B,C və D xəstəliklərinin müasir müayinə və müalicəsi,profilaktikası” mövzularında çıxış edərək qanla kecən infeksiyaların (QİÇS, HİV, eləcə də Hepatit B və C) müayinəsinə muxtar respublikada 2006-cı ildən başlanıldığını, hazırda donorların, obliqat qrupların, bütün əməliyyat olunanlar və hamilələrin, nigaha daxil olanlar və könüllü müraciət edənlərin də müayinələrdən keçirildiyini, əməliyyat, doğuş aparılan əksər dövlət və özəl tibb müəssilərində Hepatit B və C virusunun, eləcə də qanla keçən digər infeksiyaların ilkin olaraq ekspres metodla müayinələrinin icra edildiyini, cari ilin ötən yarımili ərzində mərkəzdə stasionar müalicə alan bütün xəstələrin yaxşılaşma ilə evə buraxıldıqlarını bildiriblər.

Çıxışlar video-süjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, müzakirələr aparılıb. Tədbir iştirakçılarına maraqlandıran suallar cavablandırılıb və onlara 28 İyul Ümumdünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş broşürlər paylanılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031