SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda pulsuz nöbəti açıq ürək əməliyyatı aparılıb

Naxçıvanda pulsuz nöbəti açıq ürək əməliyyatı aparılıb
16-07-2019, 09:00

Muxtar respublikada icbari tibbi sığortadan yararlanan daha bir nəfər üzərində pulsuz cərrahi əməliyyat aparılıb.Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,icbari tibbi sığortaolunan Şərur şəhərsakini, 53 yaşlı Qafil Həsənov Şərur Rayon Mərkəzi Xəstəxanasına ürək nahiyəsində yaranan ağrı ilə müraciət edib və müayinə olunub.
Müayinə nəticəsində onun ürəyində ciddi problemlər aşkar edilib. Qafil Həsənov Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə göndərilib. Aparılan elektrokardioqrafik, exokardioqrafik və laborator müayinələrindən sonra xəstəyə ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası diaqnozu qoyulub və təcili ürək əməliyyatı həyata keçirilməsinə zərurət yaranıb. Mərkəzin kardiocərrahı İntiqam Fətullayev həmkarı Firdovsi Hüseynov və kardioanestezioloq Elçin Abdullayevlə birgə açıq ürək əməliyyatını uğurla başa çatdırıb. Ürək qan dövranı tam bərpa edilib və həkim müşahidəsi altında
saxlandıqdan sonra palataya köçürülüb və həkim nəzarəti altındadır. Qafil Həsənova göstərilən bütün tibbi xidmətlərin xərcləri İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031