SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib
15-07-2019, 21:10

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri Şahbuz Rayon Mərkəzi Xəstəxanası ilə birgə humanitar tibbi aksiya keçirib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublika Xəstəxanasının və Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən xəstəxanaya gələ bilməyən ahıl və hərəkətsiz xəstələrə evlərində tibbi xidmət göstərilib. 15 nəfərdən ibarət həkim briqadası Şahbuzkənd, Badamlı, Külüs və Keçili kəndlərində 15 xəstəni ambulator müayinələrdən keçirərək müvafiq tövsiyələr veriblər. Tibbi aksiyada oftalmoloq, uroloq, endokrinoloq, terapevt, nevropatoloq, LOR, cərrah və başqa ixtisas həkimləri iştirak ediblər.

Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031