SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Səhiyyə Nazirliyində Etika komissiyası yaradılıb

Naxçıvanda Səhiyyə Nazirliyində Etika komissiyası yaradılıb
13-07-2019, 09:51

Muxtar respublikada tətbiq olunan səhiyyə qanunvericiliyini, insan hüquqları normativlərini, həmçinin tibb işçilərinin etik davranış qaydalarını rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Etika komissiyası yaradılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tibb işçiləri tərəfindən etik qaydalara riayət olunmasının təminatı və həmin tibb müəssisələrində işçilərin Naxçıvan Muxtar Respublikasının səhiyyə qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində fəaliyyət göstərmələrinə nəzarət komissiyanın əsas vəzifəsi kimi müəyyənləşdirilib. Həmçinin şəhər tibb müəssisələrinin və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə də səhiyyə müəssisələrində etika komissiyaları yaratmaq barədə tapşırıqlar verilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031