SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində etika komissiyası yaradılıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində  etika komissiyası yaradılıb
12-07-2019, 20:52

Muxtar respublikada tətbiq olunan səhiyyə qanunvericiliyini, insan hüquqları normativlərini, həmçinin tibb işçilərinin etik davranış qaydalarını rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Etika komissiyası yaradılıb. Səhiyyə nazirinin müvafiq əmrinə əsasən, nazir müavi sədr, aparat rəhbəri, kadr elm və təhsil, maliyyə-iqtisadiyyat, ümumi işlər sektorlarının, tibbi yardımın təşkili şöbəsinin müdirləri və hüquqşünas komissiyanın üzvləri təyin olunublar.

Tibb işçiləri tərəfindən etik qaydalara riayət olunmasının təminatı və həmin tibb müəssisələrində işçilərin Naxçıvan Muxtar Respublikasının səhiyyə qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində fəaliyyət göstərmələrinə nəzarət komissiyanın əsas vəzifəsi kimi müəyyənləşdirilib. Həmçinin şəhər tibb müəssisələrinin və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə də səhiyyə müəssisələrində etika komissiyaları yaratmaq barədə tapşırıqlar verilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031