SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kontakt linzalar gözə zərərdirmi?

Kontakt linzalar gözə zərərdirmi?
1-07-2019, 16:03

Əvvəlcə onu qeyd edək ki, kontakt linzaların istifadəsinə göstəriş və əks-göstərişlər vardır. Göstərişlər içərisində də mütləq göstərişlər var ki, bunlara anizomengriya, yəni gözlər arasında refraksiya fərqi yüksək olduğu zaman buynuz qişanın bəzi xəstəlikləri zamanı “bandaj” məqsədilə eynəklə korreksiya olunmayan kezatakonus xəstəliklərində istifadə olunur. Kontakt linzalardan düzgün istifadə etdikdə gözlərimizə zərər yetirmir. Düzgün istifadə dedikdə isə aşağıdakıları nəzərdə tuturuq.

• Linzanın istifadəsindən əvvəl əllər mütləq yuyulub qurudulmalıdır.
• Linzanı barmaqlarımızın yumşaq hissəsi ilə götürməliyik (dırnaqlar və quru dəri linzanı zədələyə bilər).
• Linzanı gözə yerləşdirdikdən sonra kosmetik vasitələrdən istifadə etmək olar.
• Linzanı çıxardıqdan sonra kosmetik vasitələri gözlərdən təmizləyə bilərik.
• Linzanı ən azı həftədə 2 dəfə mexaniki təmizləmək lazımdır.
• Gözlərdə linza olduğu zaman qapalı mühitdə deodorantlardan, müxtəlif parfümlərdən istifadə etmək məsləhət deyil.
• Linzanı saxladığınız qabın təmizliyinə mütləq nəzarət edin.
• Linzaları hər dəfə istifadə etdikdən sonra linza saxlama suyunu yeniləyin.
• Linzaları tövsiyə olunduğu vaxtdan artıq istifadə etmək olmaz.
• Başqasının istifadə etdiyi linzaları istifadə etmək qəti qadağandır.
• Linzanı həkim-oftalmoloqun müayinəsindən sonra həkimin məsləhət gördüyü göstəricilərə əsasən alın.
Linzanın nömrələri düzgün olsa da, onun digər göstəriciləri gözlərinizə uyğun olmaya bilər. Məsələn, linzanın əsas əyriliyi və diometri gözlərinizə uyğun olmasa gözlərə zərər yetirə bilər. Belə düşünün, hər hansı bir geyim vasitəsi keyfiyyətli məhsuldan hazırlansa da, ölçüləri düz olmadıqda (böyük ya kiçik) sizi narahat edəcək. O cümlədən, linzalar da çox keyfiyyətli firma istehsalı olsa belə gözlərinizə uyğun ölçüdə seçilməzsə bulanıq görmə, quruma, qızarma, yad cisim hissi verəcəkdir. Kontakt linzaların istifadəsinə göstəriş varsa, düzgün təyin olunan kontakt linzalar gözlərə zərər yox, rahatlıq bəxş edəcək.

Kəmalə Əliyeva
Cərrah-oftalmoloq
Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası və Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkimi

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031