SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda anestezioloji-reanimatoloji xidmətin təşkilinə dair seminar-treninq keçirilib

Naxçıvanda anestezioloji-reanimatoloji xidmətin təşkilinə dair seminar-treninq keçirilib
25-12-2018, 11:37

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublika Doğum Mərkəzində doğuşayardım xidmətinin yaxşılaşdırılmasına həsr edilən üç mərhələli seminar-treninqlər başa çatıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,ana və yenidoğulmuşlara göstərilən anestezioloji-reanimatoloji xidmətin təşkilinə dair keçirilən seminar-treninqi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov açaraq bildirib ki, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər muxtar respublikamızda bu sahədə mühüm tədbirlər həyata keçirilib, ana və uşaqlara tibb xidməti göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. İstifadəyə verilən kənd həkim ambulatoriyalarının, feldşer- mama məntəqələrinin hər birində doguş otaqları yaradılıb.
Seminarda vurğulanıb ki, muxtar respublikada tibbin anesteziologiya və reanimatologiya sahəsi beynəlxalq standartlar və normativlər səviyyəsində fəaliyyət göstərir.Hamiləlik və ondan sonrakı dövrdə xəstəliklərin vaxtında aşkar edilməsi, müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət daha da gücləndirilib. Nəticədə Naxçıvanda ana və uşaq ölümü minimuma endirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimotoloqu Aydın Qədirov anestezioloq-reanimatoloqların ana və uşaq ölümünün azadılması ilə əlaqədar təlim keçib. Təlim zamanı yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, təcili və təxirəsalınmaz halların profilaktikası, eyni zamanda erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi barədə ətraflı məlumat verilib.
Muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən anestezioloq-reanimotoloqların iştirak etdikləri tədbirdə Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova müasir informasiya və təhsil texnologiyalarına əsaslanan belə treninqlərin səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm əhəmiyyəti olduğunu vurğulayıb

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031