SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayonunun Yaycı kəndində humanitar tibbi aksiya keçirilib-FOTO

Culfa rayonunun Yaycı kəndində humanitar tibbi aksiya keçirilib-FOTO
18-03-2023, 10:55

“Heydər Əliyev İli” tədbirləri çərçivəsində Naxçıvan Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Culfa Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Yaycı kəndində humanitar tibbi aksiya keçirib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Qrafikə uyğun olaraq keçirilən aksiya çərçivəsində xəstəxananın on nəfərdən ibarət həkim briqadası tərəfindən kənd əhalisinə tibbi xidmət göstərilib. Tibbi profilaktik müayinədən keçirilmiş 83 kənd sakininin 65-də konyunktivit,  blefarit,  OD-katarakta,  quru göz sindromu, otit, öd daşı və müxtəlif xəstəliklər aşkar edilib.

Xəstəliyi aşkarlanan sakinlər aidiyyəti xəstəxanalara yönləndirilib. İxtisaslı həkimlər tərəfindən kənd sakinləri ilə tibbi maarifləndirici söhbətlər də aparılıb.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031