SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubad rayonunda humanitar tibbi aksiya

Ordubad rayonunda humanitar tibbi aksiya
19-06-2019, 18:51

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri Ordubad Rayon Mərkəzi Xəstəxanası ilə birgə humanitar tibbi aksiya keçirib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublika Xəstəxanasının və Ordubad Rayon Mərkəzi xəstəxanasının həkim briqadası tərəfindən xəstəxanaya gələ bilməyən ahıl və hərəkətsiz xəstələrə tibbi xidmət evlərində göstərilib. 15 nəfərdən ibarət həkim briqadası 30 xəstəni ambulator müayinələrdən keçirərək müvafiq tövsiyələr veriblər. Tibbi aksiyada oftalmoloq, uroloq, endokrinoloq, terapevt, nevropatoloq və LOR həkimləri iştirak ediblər.

Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031