SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əməkdar artist, tanınmış kaman ustası Tələt Bakıxanovun anadan olmasından 85 il ötür

Əməkdar artist, tanınmış kaman ustası Tələt Bakıxanovun anadan olmasından 85 il ötür
13-06-2022, 14:00

Elə sənətkarlar var ki, dünyalarını dəyişsələr də heç vaxt unudulmurlar. Haqqında söhbət açmaq istədiyim Azərbaycanın Əməkdar artisti, tanınmış kaman ustası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının mahnı və rəqs ansamblının solisti olmuş Tələt Bakıxanov da belə sənətkarlardandı.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu gün Əməkdar artist, kaman ustası Tələt Bakıxanovun anadan olmasının 85-ci ildönümü tamam olur.

Tələt Soltan oğlu Bakıxanov 1927-ci il iyunun 13-də Bakı şəhərində dünyaya göz açıb. Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olub. 1945-47-ci illərdə teatr texnikumunu bitirib, 1947-49- cu illərdə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs alıb. 1947-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının mahnı və rəqs ansamblının solisti olub.

T.Bakıxanov bir sıra xarici ölkələrdə, o cümlədən Fransa, İndoneziya, Malta, İran, Türkiyə, Suriya və s. qastrol səfərlərində olub və muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşayiət edib. Azərbaycan muğamlarının, xüsusilə, “Segah” instrumental muğamının gözəl ifaçılarından biri kimi tanınıb.

T.Bakıxanov həmçinin respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin, simpoziumların iştirakçısı və qalibi olub. 1970-1980-ci illərdə Səmərqənddə keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq simpoziumlarının iştirakçısı olub, B.Mansurov, C.Əkbərov, A.Qasımov kimi sənətkarlarla birgə Azərbaycan muğam ifaçılığı sənətini təmsil edib. Tələt Bakıxanov 1988-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində çalışıb.

Əməkdar artist Tələt Bakıxanov 2000-ci il mayın 30-da Bakı şəhərində vəfat edib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031