SON DƏQİQƏ

naxcivanxeberleri.com

 Oyunu ilə dünya səviyyəli teatrşünasları heyrətləndirən xalq artisi: Zemfira Əliyeva   

 Oyunu ilə dünya səviyyəli teatrşünasları heyrətləndirən xalq artisi: Zemfira Əliyeva   
25-12-2021, 14:36

Aktrisanın həyat yolu lə qısa tanışlıq: Zemfira Əliyeva  25 dekabr 1941-ci ildə Gəncə şəhərində doğulub. Anası Firuzə Bədirbəyli Gəncə Dövlət Dram Teatrının  aktrisası olub. Kiçik yaşlarından teatrın tamaşalarında uşaq rollarını oynayıb.   Zemfira Əliyeva 1972-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının truppasına daxil olub. Bu teatrda Cəfər Cabbarlının “Almaz”ında -Almaz, “Solğun çiçəklər”ində -Sara, Oqtay Eloğlusunda- Firəngiz, “Yaşar”ında- Yaqut, Hüseyn Cavidin “Ana” faciəsində- Səlma, “Şeyda”sında- Roza, “Şeyx Sənan”ında- Xumar, “Uçurum”unda- Anjel, M.F. Axundzadənin “Hacı Qara” komediyasında- Sona, B. Vahabzadənin “Yağışdan sonra”sında- Reyhan, Ş. Qurbanovun “Sənsiz”ində-Maral, Ə. Naibovun “Mənim nəğməkar bibim”ində - Mədinə,  “Bir cüt bədmüşk ağacı”ında- Azadə, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”nda- Pırpız Sona, Sabit Rəhmanın “Toy” komediyasında -Zinyət, Vaqif Səmədoğlunun “Bəxt üzüyü”ndə - Söylü, İlyas Əfəndiyevin  “Unuda bilmirəm”ində-Nərmin, “Məhv olmuş gündəliklər”də- Anjel , G. Fiqeyredunun “Tülkü və üzüm” alleqoriyasında -Kleya, S.S. Axundovun  “Laçın yuvası”nda - Pəricahan , “Eşq və intiqam”da - Zöhrə , Nazim Hikmətin “Bayramın birinci günü” əsərində -Zəhra, Sofoklın “Elektra”sında - Elektra, M. Müşfiqin “Yenə o bağ olaydı...” kompozisiyasında- Dilbər , Əliyar Yusiflinin  “Siz xoşbəxt yaşayın” dramında - Vəfa kimi maraqlı rollarla tamaşaçıların sevgisini qazanıb. Özünəməxsus yaradıcılıq tərzi, səhnədə obrazın daxili aləmini ustalıqla açması və gözəl plastikası ilə Zemfira xanım sənətkar kimi öz dəsti-xəttini yaradıb.

1987-cı ildə Naxçıvan Tetarı Gürcüstanın patyaxtı Tbilisidə keçirilən Ümumittifaq teatr festivalına dəvət alır. Həmin festivalda isə Sofoklın “Elektra” tamaşası geniş auditoriyaya təqdim edilir. Tərkibində Rusiya, Bolqarıstan, Çexoslavakiya və digər ölkələrdən olan münsiflər heyəti tamaşanı maraqla qarşılayırlar. Hətta tamaşanın calı surbo tərcümə ilə keçmiş  Ümumittifaq Televiziyası ilə birbaşa  yayımı da təşkil edilir.  “Elektra” tamaşasında Zemfira Əliyevanın  oynadığı Elelktra obrazı o zaman dünya səviyyəli teatr tənqidçilərinin diqqətini cəlb edib. Bolqar teatr tənqidçisi Dmitrina Dokova tamaşa ilə bağlı öz təəssüratlarını belə bölüşüb: “Elektra rolunun ifaçısı Zemfira Əliyevanın misilsiz oyunu məni heyrətə gətirdi. Olduqca qüdrətli aktrisadır. Heyif ki onun başqa rollarını görməmişəm. Mənə elə gəlir ki, bir rolla da sənətkara qiymət vermək olar. Ümumiyyətlə “Elelktra” məftunedici tamaşadır”. Slovak teatrşünası Nadejda Lindovskaya isə bu tamaşanı Naxçıvan teatrının siması kimi qiylətləndirib: “Klassik əsərlər hər hansı bir teatrın simasını, onun nəyə qadir olduğunu təyin edən amillərdən biridir. Mən çox böyük sevinclə Naxçıvan tearının məharətlə tamaşaya qoyduğu “Elelktra” faciəsinə baxdım”.  “Naxçıvan teatrının “Elektra” tamaşasının rejissor konsepsiyası, teatr vasitələrindən ustalıqla istifadə edilməsi, ümumi sənət iqlimi, daha doğrusu, tamaşanı xeyli zənginləşdirmişdir. Mən bu festivalda bildim ki, Naxçıvan teatrı əsaslı, köklü sənət ocağıdır”- bu fikirlər  isə rus teatrşünası Anatoli Afanasyevə məxsusdur.

Dünya səviyyəli tənqidçiləri heyrətə gətirən “Elektra” tamaşası Naxçıvan teatrının sənət ənələrinin necə güclü və sarasılmaz dayaqlar üzərində qurulduğunu bir daha təsdiq edir. Teatr o zaman bu cür festivalda cəmi bir dəfə iştirak etməsinə baxmayaraq orada olan sənətkarların, rejissor və aktyorların diqqətini özünə çəkə bildi.  

Zemfira Əliyeva Naxçıvan teatrında qazandığı nailiyyətlərinə görə  1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 11-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilib. Bu onun həm də ictima bir fəal kimi də muxtar respublikada qazandığı tamaşaçı sevgisinin təzahürü idi. Aktirsa xalq artisti, rejissor və aktyor  Vaqif Əsədovun həyat yoldaşı olub.  1988-1995-ci illərdə Akademik Milli Dram Teatrında işləyən Zemfira Əliyeva  1995-ci ildə Bakıda vəfat edib.

O tamaşaçılara həm də “Böyük dayaq”, “Doğma sahillər”, “Yad qızı”, “Qəzəlxan” və kimi filmlər, “İtkin gəlin” serialından da yaxşı tanışdır.

 

Səməd Canbaxşiyev,

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31