15:30 - Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar
15:15 - Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
12:15 - Bu gün "Novruz şəhərciyi"nin son günüdür-FOTO
12:00 - Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
11:45 - “Böyük yeddilik” ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsini dəstəkləyir
11:15 - Ukrayna Təhlükəsizlik Şurası: “Belarus Kremlin nüvə girovuna çevrilir”
11:00 - Havanın çirklənməsi xroniki öskürək yarada bilər
10:45 - Gələn həftə Ufadan Bakıya daha bir aviareys açılacaq
Xalq rəssamı Salam Salamzadənin anadan olmasından 115 il ötür
Martın 7-si Xalq rəssamı Salam Salamzadənin doğum günüdür.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu gün görkəmli fırça ustasının anadan olmasının 115-ci ildönümü tamam olur.
S.Salamzadə 1908-ci il martın 7-də Bakıda anadan olub. O, sənətin sirlərinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda yiyələnib və sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Hələ tələbə ikən "Şərq qadını" və "İnqilab və mədəniyyət" jurnallarında bədii tərtibatçı işləyib, illüstrasiyalar çəkib. Rəssam yaradıcılığı boyu süjetli tablo, portret, mənzərə və natürmort janrlarında maraqlı, məna və məzmun yükünə malik sənət əsərləri qalereyası ərsəyə gətirib. S.Salamzadənin Bakı, Moskva və Kiyev şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Rəssam həmçinin, ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycan Milli İncəsənət Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində işləyib. Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1982) fəxri adlarına, eləcə də Nasir adına Beynəlxalq mükafata (1974) layiq görülüb. Əsərləri ölkəmizlə yanaşı xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.
Yaradıcılığında tematik tablolar çəkmək üslubu başlıca yer tutmuş istedadlı fırça ustası portret və mənzərə rəsmləri ilə də böyük tamaşaçı marağı qazanıb. S.Salamzadə Azərbaycan modernizminin nümayəndələrindən biridir.
Rəssam dəfələrlə yaxın və orta şərq ölkələrində olub, həmin ölkələrin həyatını və təbiətini təsvir edən tablolar yaradıb. Dünyanın bir sıra ölkələrində keçirilən fərdi sərgilərində çoxsaylı əsərləri nümayiş etdirilib.
Salam Salamzadə Azərbaycan təbiəti və məişət səhnələri təsvir olunan tabloların, portret və mənzərələrin müəllifidir. "Nəriman Nərimanov", "Günəş altında", "Suya gedən qadınlar", "Çay plantasiyası" və sair əsərləri məşhurdur. Dəfələrlə yaxın və orta şərq ölkələrində olub, həmin ölkələrin həyatını və təbiətini təsvir edən tablolar yaradıb.
Salam Salamzadə 12 may 1997-ci ildə Bakı şəhərində vəfat edib.