SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qanunvericiliyə əsasən hansı mallar dəyişdirilməli olmayan mallar siyahısna daxildir?

Qanunvericiliyə əsasən hansı mallar dəyişdirilməli  olmayan mallar siyahısna daxildir?
28-01-2023, 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında” 114 saylı, 21 may 1998-ci il tarixli qərarı ilə dəyişdirilməsi mümkün olmayan malların siyahısı təsdiq edilmişdir. Həmin siyahıya daxildir :

  1. Qızıl və qızıl məmulatları.
  2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar.
  3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
  4. Parfümer-kosmetika malları.
  5. Kişi, qadın və uşaq çimərlik paltarları.
  6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
  7. Məişət-kimyası malları.
  8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
  9. Uşaq oyuncaqları.
  10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
  11. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.
  12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

  

Naxçıvan şəhər prokurorluğunun köməkçisi II dərəcəli hüquqşünası              Aygül Əsədova 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031