16:00 - Rusiyanın Ukraynadakı itkiləri 170 mini ötüb
15:45 - Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”
15:30 - Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar
15:15 - Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:45 - Martın 26-sı Epilepsiya Xəstələri Günüdür
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
12:15 - Bu gün "Novruz şəhərciyi"nin son günüdür-FOTO
12:00 - Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məsuliyyət Azərbaycan Respublikası Cinayət Məcəlləsində necə müəyyən edilmişdir ?
Bəşəriyyətin ən təhlükəli bəlası narkotik vasitələr, eləcə də psixotrop maddələrlə mübarizə Azərbaycan Respublikasında şox ciddi istiqamətdə aparılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 26-cı fəsli bütövlükdə bu qəbildən olan cinayətlərə həsr olunub.
Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.
Qeyd : Sual Sədərək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşunas Nurlan Əhmədli tərəfindən cavablandırıldı .