SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda “Açıq qapı” günü keçirilib

Şahbuz rayonunda “Açıq qapı” günü keçirilib
26-01-2023, 11:00

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Şahbuz Rayon Məhkəməsinin inzibati binasında “Açıq qapı” günü keçirilib. “Açıq qapı” gününün keçirilməsində məqsəd  vətəndaşların daha çox müraciət etdiyi ədliyyə fəaliyyəti ilə bağlı  hüquqi yardımların göstərilməsi, onların maarifləndirilməsi, problemlərinin həll olunmasında onlara peşəkar dəstəyin göstərilməsidir. Gün ərzində nazirliyin bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müraciət edən vətəndaşların problemləri dinlənilərək onlara qanunamüvafiq məsləhətlər verilib, həlli mümkün olan məsələlərə dəstək göstərilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, qeyd edək ki, “Açıq qapı” günlərinin keçirilməsi ədliyyə sahəsində aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl davamıdır. Məlumat üçün bildirək ki, “Açıq qapı” günlərinin davamlı olaraq muxtar respublikanın digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulmuşdur və bu barədə nazirliyin rəsmi saytında və sosial şəbəkə hesablarında əvvəlcədən məlumat veriləcəkdir.  

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031