12:12 - Məleykə Abbaszadə: “Gələcəkdə dövlət qulluğuna seçim zamanı səriştə modeli tətbiq olunacaq”
12:07 - MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ödənişsiz hüquqi yardım aksiyası keçirilib-FOTO
10 dekabr 1948-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada "İnsan Hüquqları Günü" kimi qeyd olunur.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xdimətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, bu münasibətlə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Mediasiya Təşkilatının iştirakı ilə 9 dekabr 2022-ci il tarixdə 1 günlük ödənişsiz hüquqi yardım aksiyası həyata keçirilib.
Naxçıvan şəhər, Babək və Şahbuz rayon sakinləri üçün Naxçıvan Şəhər Məhkəməsində, Sədərək, Şərur və Kəngərli rayon sakinləri üçün Şərur Rayon Məhkəməsində, habelə Ordubad və Culfa rayon sakinləri üçün Culfa Rayon Məhkəməsində təşkil olunan aksiyanın əsas məqsədi muxtar respublika sakinlərinin ödənişsiz hüquqi yardım almalarına köməklik göstərməkdən ibarətdir.
Aksiya zamanı 45 nəfər sakinə ödənişsiz vəkil və mediasiya xidmətləri göstərilib, onları maraqlandıran suallar cavablandırılıb, qanunvericiliyin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib.