SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Məhkəmə simulyasiyası” na start verilib

“Məhkəmə simulyasiyası” na start verilib
25-11-2022, 14:00

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin  və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə gələcəyin hüquqşünaslarının hüquqi biliklərinin təkmilləşdirilməsinə mühüm rol oynayacaq növbəti “Məhkəmə simulyasiyası” layihəsinə start verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, əvvəlcə adıçəkilən orqanların əməkdaşları birinci instansiya məhkəməsi icraatı üzrə simulyasiya prosesini təşkil edilməsinin əhəmiyyətindən danışmış, keçirilən bu cür simulyasiyaların tələbələrin bilik və bacarıqlarının daha da artırılmasına böyük rol oynayacağını qeyd etmişlər. Məlumat verilib ki, məhkəmə simulyasiyasının təşkili Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilir. Belə ki, keçirilən belə layihələr Ədliyyə Nazirliyinin hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsinin hüquqşunaslıq ixtisası üzrə təhsil alan tələbələrinin məhkəmə sahəsində bilik və bacarıqlarına yiyələnməsinə, gələcəkdə günün tələbinə cavab verən, peşəkar mütəxəssislərin hazırlanması və dövlətçilik prosesinə öz töhfələrinə verən kadrların yetişdirilməsi məqsədinə xidmət edir.

Simulyasiya prosesinə Gənclər Fondunun inzibati binasında start verilmişdir. İlk gün tələbələrə iddia ərizəsinin, yekun məhkəmə qərarlarının hazırlanması prosesi izah olunmuş, onlar tərəfindən bu qərarların, qərardadların  hazırlanıb qiymətləndirilməsi kimi fəaliyyətlər haqqında məlumat verilmişdir.

Qeyd edək ki, layihənin hüquqi biliklərin təkmilləşdirilməsi və simulyasiya mərhələsindən ibarət olmaqla, iki mərhələdə keçirilməsi nəzərdə tutulub. Hüquqi bilikləri təlim mərhələsindən təkmilləşdirildikdən sonra hüquqşünas tələbələr seçilmiş mövzü ətrafında məhkəmə prosesini keçirəcəklər. Tələbələr məhkəmə prosesində olan hakim, prokuror, vəkil, şahid, təqsirləndirilən şəxs, iddiaçı, cavabdeh rollarını canlandıraraq simulyasiyanın maraqlı və təcrübəyə əsaslanan olmasını təmin edəcəklər. Eyni zamanda tələbələrinin məhkəmə prosesində çıxış etmə vərdişlərini inkişaf etdirmələrinə şərait yaradacaq, onlar arasında natiqlik, araşdırma, analizetmə qabiliyyətinin güclənməsinə, qanunvericilik normalarını tətbiq etmələrinə müsbət töhfə vercəkdir.

   

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031