SON DƏQİQƏ

naxcivanxeberleri.com

20 Noyabr Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş interaktiv dərs keçirilib-FOTO

20 Noyabr Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş interaktiv dərs keçirilib-FOTO
15-11-2022, 17:32

Noyabrın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Gələcəyimiz olan uşaqların hüquqlarını qoruyaq” mövzusunda interaktiv dərs keçirilib.  

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına tam orta məktəbdə həyata keçirilmiş interaktiv dərs zamanı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənov Ümumdünya Uşaq Hüquqları Gününün yaranması və əhəmiyyəti, uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə məlumat verib.

Qeyd olunub ki, uşaq hüquqlarını qorumaq üçün ilk təşəbbüs 1924-cü ildə Millətlər Cəmiyyətinin hazırladığı “Cenevrə Bəyənnaməsi” ilə yaranıb, 1959-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi “Uşaq Hüquqları Bəyənnaməsi”ni qəbul edib. Lakin Bəyannamənin hüquqi qüvvəsi olmadığından 1979-cu ildən təşkilat bu işin həlli ilə bağlı xüsusi işçi qrupu yaradaraq, 20 noyabr 1989-cu il tarixdə rəsmi şəkildə “Uşaq hüquqları haqqında Konvensiya”nı qəbul edib.

“Uşaq hüquqları haqqında Konvensiya”nın müddəaları barədə məlumat verən R.Həsənov bildirib ki, Konvensiyaya əsasən hər bir uşağın təhsil hüququ vardır, ibtidai təhsil pulsuz olmalıdır, orta və ali təhsil hər bir uşaq üçün mümkün olmalıdır, uşaqların məktəb qabiliyyətlərinə uyğun ən yüksək səviyyədə təhsil almaları təmin edilməlidir, məktəb intizamının saxlanması uşaqların hüquqlarına hörmət etməklə və zorakılığa yol verilmədən təmin olunmalıdır.

Vurğulanıb ki, uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı ilə bağlı Azərbaycan Respublikasında möhkəm hüquqi baza mövcuddur. Belə ki, Azərbaycan Respublikası 21 iyul 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası”na, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilib, ölkəmizdə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılıb, zəngin qanunvericilik bazası yaradılıb.

“Bu gün muxtar respublikamızda da uşaqların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir” deyə çıxış edən məruzəçi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 may 2012-ci il tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edildiyini, uşaqların elektron məlumat bankının yaradıldığını, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirildiyini, Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə ekspert qrupunun yaradıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, interaktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.

 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031