SON DƏQİQƏ

naxcivanxeberleri.com

İcra işi üzrə banklar və kredit təşkilatları tərəfindən icra hərəkətlərinin təmini necə müəyyən olunur?

İcra işi üzrə banklar və kredit təşkilatları tərəfindən icra hərəkətlərinin təmini necə müəyyən olunur?
30-09-2022, 14:00

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallara əsasən bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru, məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir. Borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan icra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunur.

Qeyd: Sualları Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031