18:28 - Bu gün V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olacaq
17:52 - Tibetdə ilk dəfə koronavirusa yoluxma aşkarlanıb
17:32 - “Naxçıvan mətbuatı tarixdə və günümüzdə” adlı tədbir keçirilib-FOTO
17:26 - XİN başçısı Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyən ölkələrə təşəkkür edib
17:23 - Prezident İlham Əliyev Konyada Fələstinin Baş naziri ilə görüşüb
17:20 - Nazir: “Şuşa Bəyannaməsi gələcək nəsillər üçün də tarixin önəmli hissəsidir”
17:17 - Ceyhun Bayramov son gərginliyin səbəbini açıqlayıb
17:09 - Ceyhun Bayramov: "Ermənistan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın icrasını ləngidir"
17:05 - XİN başçısı: "Azərbaycan üçtərəfli bəyanatın dördüncü bəndinin icra olunmasında israrlıdır"
17:01 - Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəmsə də Naxçıvanla əlaqələr qurulacaq"
16:55 - Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
16:44 - İlham Əliyev: "Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı yüksəklərdə olacaq"
16:37 - İlham Əliyev: "Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib"
16:33 - Azərbaycan lideri: "Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır"
Su obyektlərindən ümumi məqsədlər üçün istifadə necə müəyyən edilir?
Azərbaycan Respublikasının Su Məcəlləsinə əsasən ümumi istifadədə olan su obyektləri - istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər.
Su obyektlərindən ümumi məqsədlər üçün istifadə edilərkən ətraf mühitin mühafizəsini və dövlət sanitariya nəzarətini həyata keçirən, balıq və digər su bioresurslarını mühafizə edən, gəmi hərəkətini tənzim edən orqanların tələblərinə, habelə suda insanların həyatının qorunması, suların səmərəli istifadəsi və mühafizə olunması qaydalarına riayət olunmalıdır.
Əhalinin həyatını və sağlamlığını qorumaq və lazımi sanitariya şəraiti yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində çimərliklərin, qayıqlarla gəzintinin, balıq və digər su bioresurslarının ovunun, içməli su və məişət ehtiyaclarını ödəmək üçün su götürülməsinin, mal-qaranın suvarılmasının və sudan digər istifadənin qadağan olduğu yerləri müəyyən edə bilərlər.