SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sudan istifadə edənlərin hansı vəzifələri vardır?

Sudan istifadə edənlərin hansı vəzifələri vardır?
2-07-2022, 11:00

 Azərbaycan Respublikasında sudan istifadə edənlər mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər ola bilərlər. Azərbaycan Respublikasının Su  Məcəlləsinə əsasən sudan istifadə edənlərin vəzifələrinə daxildir:

-su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək,

-sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etmək,

-tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməmək,

-su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqların pozulmasına, habelə təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi, faydalı qazıntılar və sair) zərər vurulmasına yol verməmək;

-su obyektlərindən təyinatına görə istifadə etmək,

-su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini yaxşılaşdırmaq,

-sudan istifadənin uçotunu aparmaq,

-sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031