SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət qulluğuna hansı əsaslarla xitam verilə bilər?

Dövlət qulluğuna hansı əsaslarla xitam verilə bilər?
17-06-2022, 15:00

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun öz arzusu ilə, dövlət orqanı ləğv edildikdə, dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə, dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, intizam tənbeh tədbirlərindən biri kimi dövlət qulluğundan azad edildikdə həmin şəxsin dövlət qulluğuna xitam verilə bilər.

Həmçinin dövlət qulluquçusu qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə, qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə, məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda, o cümlədən dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə və dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda da həmin şəxsin dövlət qulluğuna xitam verilə bilər.

Sualı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı cavablandırır.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930