SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mediasiya prosesində konfidensiallıq prinsipi necə həyata keçirilir?

Mediasiya prosesində konfidensiallıq prinsipi necə həyata keçirilir?
6-05-2022, 14:07

“Mediasiya haqqında” Qanuna əsasən tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, mediasiya qapalı keçirilir. Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, mediasiya zamanı əldə olunan bütün məlumatların, o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsün, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsinin, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təkliflərinin, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatlar və ya etdiyi etirafların, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlərin konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur.

Mediasiya iştirakçılarının və mediasiyada iştirak edən digər şəxslərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur və məlumatlarla bağlı həmin şəxslər şahid qismində iştirak edə bilməzlər.

Bu qayda mediasiya zamanı ağır və xüsusilə ağır cinayət hadisələri haqqında əldə olunan məlumatların verilməsi, habelə cinayət mühakimə icraatı zamanı mediasiyaya aid məlumatların açıqlanması vəzifəsinin məhkəmə qərarı ilə müəyyən edilməsi hallarına şamil olunmur.

Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən konfidensiallıqla bağlı qaydaların pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Sualı Naxçıvan Muxtar Respubli­ka­sı­nın İnsan Hüquqları üzrə Mü­vək­ki­linin (Ombudsmanın) əməkdaşı cavablandırır.

 

 

 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031