SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mediasiya prosesi nə zaman başlayır?

Mediasiya prosesi  nə zaman başlayır?
6-05-2022, 14:00

“Mediasiya haqqında” Qanuna əsasən mediasiya prosesi tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə qanunvericilikdə nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə “Mediasiya haqqında” Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq kommersiya mübahisələri, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan, o cümlədən “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə  qanunvericilikdə nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif hər hansı formada rədd edildikdə mediasiya prosesinə qanunvericiliyə əsasən avtomatik xitam verilir.

Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun adı müəyyən edildiyi halda və göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora müraciət edir. Həmin mediatorun  müvafiq məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

 

Sualı Naxçıvan Muxtar Respubli­ka­sı­nın İnsan Hüquqları üzrə Mü­vək­ki­linin (Ombudsmanın) əməkdaşı cavablandırır.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031