SON DƏQİQƏ

naxcivanxeberleri.com

Alternativ öhdəlik nədir?

Alternativ öhdəlik nədir?
13-02-2022, 17:28

Mülki Məcəlləyə görə bir neçə öhdəlikdən biri (alternativ öhdəlik) icra edilməli olduqda seçmək hüququ, əgər müqavilədən, Mülki Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, borcluya mənsubdur. Seçmək hüququ kreditora mənsubdursa, borclu ona ağlabatan müddət təyin edərək öhdəliyi seçməsini tələb edə bilər. Kreditor öhdəliyi vaxtında seçməzsə, həmin müddət keçdikdən sonra seçmək hüququ borcluya keçir. Əgər borclunun icra edilməli iki hərəkətin birindən imtina etməyə ixtiyarı çatırsa, digər hərəkəti icra etmək öhdəliyi qüvvədə qalır.

Alternativ öhdəliyin seçilməsi bunun digər tərəfə bəyan edilməsi və ya icranın həyata keçirilməsi vasitəsilə yerinə yetirilir. Seçilmiş öhdəlik əzəldən icra edilməli öhdəlik sayılır.

 

 Qeyd: Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031