SON DƏQİQƏ

naxcivanxeberleri.com

İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?

İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?
21-01-2022, 16:36

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biridir. 

         İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyat keçirilərkən işdə saxlanmağa üstünlüyü müəyyən edən əsas meyar qismində işçinin yüksək ixtisaslı (peşə) və peşəkarlıq səviyyəsi nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində qeyd olunur ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bu meyarların müəyyən olunması müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərlə əmək münasibətləri saxlamağa imkan verir. Bu zaman işçinin peşəkarlıq səviyyəsini qiymətləndirmək hüququ işəgötürənə məxsusdur.

 

Sualı Naxçıvan Muxtar Respubli­ka­sı­nın İnsan Hüquqları üzrə Mü­vək­ki­linin (Ombudsmanın) əməkdaşı cavablandırır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031