SON DƏQİQƏ

naxcivanxeberleri.com

Etibarnamənin  qüvvəsinə hansı hallarda  xitam verilir?

Etibarnamənin  qüvvəsinə hansı hallarda  xitam verilir?
21-01-2022, 15:32

Mülki Məcəlləyə əsasən etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:

-etibarnamənin müddətinin bitməsi,

-etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi,

-etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi,

-etibarnamə verilmiş şəxsin imtinası,

-adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi,

-adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi,

-etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması,

-etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması.

Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidməti

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031