17:30 - Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17:05 - Azərbaycanda son gündə 518 nəfər koronavirusa yoluxub
16:14 - Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirib
15:41 - Magistraturaların boş yerlərinə ixtisaslaşma seçimi başa çatır
14:50 - Azərbaycan triatlonçusu Avropa çempionatında 14-cü olub
14:19 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
12:26 - Sabaha olan hava proqnozu açıqlanıb
11:56 - Azərbaycan XİN Pakistanı Milli Günü münasibətilə təbrik edib
11:30 - Slovakiya Ukraynaya 4 ədəd özüyeriyən zenit qurğusu verib
10:56 - Azərbaycan karateçiləri İslamiadaya yollanıb
10:30 - Türkiyədə sahillərində 4,9 bal gücündə zəlzələ baş verib
10:09 - Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb
09:53 - ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır
09:00 - Bakı-Moskva təyyarəsində texniki problem yaranıb
00:00 - Günün qoroskopu-14.08.2022
Nikah müqaviləsi nədir və hansı qaydada bağlanır?
Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.
Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.
Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.
Sualı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı cavablandırır.