SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri hansılardır ?

Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri hansılardır ?
3-12-2021, 11:48

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr mediasiya vasitəsilə həll oluna bilər:

-nikahın davam etdirilməsi şərtləri,

-valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası,

-uşağın yaşayış yerinin müəyyən edilməsi,

-uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası,

-ailə münasibətlərindən irəli gələn digər mübahisələr.

Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər.

Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq qurumun rəyini alır.

Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq quruma məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər.

 

 

 Qeyd: Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31