SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mediasiya prosesində iştiriak edən tərəflərin hüquq və vəzifələri hansılardır ?

Mediasiya prosesində iştiriak edən tərəflərin hüquq və vəzifələri hansılardır ?
3-12-2021, 11:36

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin aşağıdakı hüquqları vardır:

-mediasiya təşkilatını və ya mediatoru seçmək və onlardan imtina etmək,

-mediasiyanın aparılmasında şəxsən və ya etibarnamə əsasında təmsilçi vasitəsilə iştirak etmək,

-mediasiya prosesi və onun mümkün nəticələri barədə məlumat almaq,

-Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

-Tərəflər qarşılıqlı razılaşma əsasında qanuna uyğun olaraq, mediasiya prosesinin tətbiqinin, onun həyata keçirilməsinin və başa çatdırılmasının bütün şərtlərini sərbəst şəkildə müəyyən edə bilərlər.

 Tərəflərin aşağıdakı vəzifələri vardır:

-barışıq sazişinin icrasını təmin etmək,

-mediasiya prosesinin konfidensiallığını qorumaq,

 Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

Qeyd olunur  ki, mediasiya tərəflərin qarşılıqlı razılığı ilə bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında həyata keçirilir.

Qeyd: Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31