SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət qulluğuna hansı əsaslarla xitam verilə bilər?

Dövlət qulluğuna hansı əsaslarla xitam verilə bilər?
19-11-2021, 09:29

Qanunvericiliyə əsasən dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə, dövlət orqanı ləğv edildikdə, dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə, dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədə olma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə, intizam tənbeh tədbiri qismində dövlət qulluğundan azad edildikdə xitam verilə bilər.

Həmçinin dövlət qulluqçusunun Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə, qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə, məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda,dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə, habelə dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda xitam verilə bilər.

 

Sualı Naxçıvan Muxtar Respubli­ka­sı­nın İnsan Hüquqları üzrə Mü­vək­ki­linin (Ombudsmanın) əməkdaşı cavablandırır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031