SON DƏQİQƏ

naxcivanxeberleri.com

Daşınmaz əmlak özgəninkiləşdirildikdə hansı məbləğdə dövlət rüsumu ödənilir?

Daşınmaz əmlak özgəninkiləşdirildikdə hansı məbləğdə dövlət rüsumu ödənilir?
10-09-2021, 14:29

Mülki qanunvericiliyə görə daşınmaz əmlak yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər, yəni torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalardır. Daşınmaz əmlakın yaxın qohumların – ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının xeyrinə özgəninkiləşdirilməsi (alqı-satqısı, bağışlanması və sair) müqaviləsinin notarius tərəfindən təsdiqinə görə 20 manat məbləğində dövlət rüsumu ödənilir. Daşınmaz əmlakın kənar şəxslərin, yəni yaxın qohum olmayan şəxslərin xeyrinə özgəninkiləşdirilməsi (alqı-satqısı, bağışlanması və sair) müqaviləsinin notarius tərəfindən təsdiqinə görə isə 250 manat məbləğində dövlət rüsumu ödənilir. Qanunda nəzərdə tutulmuş 250 manat dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.

 

Sualı Naxçıvan Muxtar Respubli­ka­sı­nın İnsan Hüquqları üzrə Mü­vək­ki­linin (Ombudsmanın) əməkdaşı cavablandırır.

    

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930