SON DƏQİQƏ

naxcivanxeberleri.com

XİN: Ermənistanın təxribatına cavab olaraq BMT Baş katibinə etiraz məktubu ünvanlanıb

XİN: Ermənistanın təxribatına cavab olaraq BMT Baş katibinə etiraz məktubu ünvanlanıb
22-08-2019, 16:49

Ermənistan BMT-də üzvlük haqqından sui istifadə edərək BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin hesabatının BMT-də yayılması ilə bağlı kütləvi informasiya vasitələrində (KİV) dərc olunan məlumata dair KİV-in sualını cavablandırarkən belə deyib.

L.Abdullayeva xatırladıb ki, Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir:

"Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930