15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
12:00 - Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
11:45 - “Böyük yeddilik” ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsini dəstəkləyir
11:15 - Ukrayna Təhlükəsizlik Şurası: “Belarus Kremlin nüvə girovuna çevrilir”
11:00 - Havanın çirklənməsi xroniki öskürək yarada bilər
10:45 - Gələn həftə Ufadan Bakıya daha bir aviareys açılacaq
10:30 - ABŞ institutu: "Vladimir Putin Qərbi qorxutmaq istəyir, Çin Rusiyaya xəbərdarlıq edib"
10:15 - Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib
09:50 - Türkmənistanda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb
“Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdimatı olub-FOTO
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 noyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yaranmasının 104-cü ilinin tamam olması münasibətilə ədliyyə sahəsində yüksək xidmətlərinə görə bir sıra ədliyyə qulluqçusu təltif edilib. Həmin Sərəncamla Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Katibliyinin rəisi, ədliyyə müşaviri Elçin Qasımov da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Martın 17-də qeyd edilən medalın və onun vəsiqəsinin təqdim edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbirdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ədliyyə fəaliyyətinə diqqət göstərilir, ədliyyə qulluqçuları hərtərəfli qayğı ilə əhatə olunub və onların sosial müdafiələri gücləndirilir. Göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirən nazir, Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq, vətənimizin tərəqqisi naminə ölkə prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmində olduqlarını bildirib. Göstərilən etimadı doğrultmaq üçün əməkdaşların vəzifələrini vicdanla yerinə yetirəcəklərinə, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına əmin olduğunu qeyd edib.
Sonra nazir medal və vəsiqəni Elçin Qasımova təqdim edib, onu təbrik edərək, işlərində uğurlar arzu edib.