SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ümummilli lider Heydər Əliyevə həsr olunan tədbir keçirilib-FOTO

Ümummilli lider Heydər Əliyevə həsr olunan tədbir keçirilib-FOTO
16-03-2023, 18:05

Mart ayının 16-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təsdiq edilmiş tədbirlər planının icrasına uyğun olaraq tədbir keçirilib. Nazirliyin aparatının və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirak etdiyi tədbirdə Ümummilli lider Heydər Əliyevin həyat yolu və dövlətçilik tarixində gördüyü işlərə nəzərə salınıb, həyat və yaradıcılığından bəhs edən filmə baxılıb.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbirdə çıxış edənlər xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, ölkə müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyə qarşı yönələn qəsdlərin qarşısının alınmasında rolu barədə çıxış edib. ümummilli lider Heydər Əliyevin məhkəmə-hüquq sisteminin inkişafında müstəsna xidmətlərini qeyd edib, hüquqi dövlət quruculuğu yolunda aparılmış islahatların əhəmiyyətindən bəhs ediblər.

Qeyd olunub ki, quruculuq və xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlməklə xalqımızın ümummilli lideri zirvəsinə yüksəlmiş dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsində misilsiz xidmətlərinin, müdrikliyi, uzaqgörənliyi, fədakar əməyi və titanik fəaliyyətinin nəticəsində ölkəmizin bu günkü inkişaf göstəricilərinə nail olunub. Yenidən hakimiyyətə qayıdışından sonra ümummilli liderin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində başlanmış hərtərəfli və kompleks islahatlarla məhkəmə-hüquq sisteminin beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun təşəkkül tapması bildirilməklə ulu öndərin diqqət və qayğısı sayəsində Azərbaycan Ədliyyəsinin formalaşdırıldığı xüsusi vurğulanıb.

Sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən filmə baxıb.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031