SON DƏQİQƏ

naxcivanxeberleri.com

Diabetin göz sağlamlığına nə kimi təsirləri var?

Diabetin göz sağlamlığına nə kimi təsirləri var?
17-02-2019, 13:03

Diabetik retinopatiya
Diabet xəstəliyi bir çox orqanlara olduğu kimi gözlərə də ciddi zədələyici təsir göstərir. Qan şəkərinin yüksəlməsi ilə birlikdə gözün arxasında yerləşən sinir təbəqəsindəki qan damarları zədələnir. Xəstəliyin ilkin mərhələsində görmə zəifliyi müşahidə olunmur. Qan şəkəri müntəzəm olmayan xəstələrdə görmə keçici olaraq dumanlana bilir. Şəkər normaya düşdüyündə görmə itiliyi də düzəlir.
Diabetik retinopatiya 20-65 yaş arası insanlarda ən çox korluq yaradan səbəblərdəndir. Diabet gözün retina təbəqəsində xəsarəətə yol açır. Gözdə diabetik retinopatiyanın başlaması eyni zamanda digər orqanlarda da zədələnmənin başladığını göstərir.
Şikayətlər xəstəlik irəlilədikcə büruzə verir. Ona görə diabet xəstəliyindən əziyyət çəkən şəxslər mütləq müntəzəm olaraq oftalmoloqun müayinəsindən keçməlidirlər. Hətta gözlərindən şikayətləri olmasa belə. Vaxtında aşkarlanan diaqnoz və müalicə ağırlaşmanın qarşısını alır.

Kimlər daha çox risk daşıyır?

Tip 1 və tip 2 diabeti olan bütün xəstələrdə diabetik retinopatiya riski var. Nə qədər uzun müddət diabet xəstəsidirsə, retinopatiya yaranma riski də o qədər yüksəkdir. Xüsusilə ilkin mərhələdə makula ödemi yoxdursa, müalicəyə ehtiyac yoxdur. Sadəcə diabetik retinopatiyanın proqressivləşməsinin qarşısını almaq üçün qan şəkəri, qan təzyiqini, xolestrin dəyərləri kontrol altında saxlanmalıdır. Retinada “yeni damarlanma” yaranmışsa bütün retinanı (görmə mərkəzi xaricində) lazer müalicəsi tətbiq edilməlidir. Diabetik makula ödemində də xəstəliyin gedişatına uyğun lazer müalicəsilə Anti-VEGF müalicələr tətbiq edilir ki, bu da korluq riskini 90% azaldır. Diabetik retinopatiya tam müalicə olunmur. Əmələ gətirdiyi xəsarətlər geri dönməz və qalıcıdır. Ancaq tətbiq olunan müalicələr diabetik retinopatiyanın yol açdığı ağırlaşmaların qarşısını alır. Bu səbəbdən vaxtında qoyulan diaqnoz və vaxtında aparılan müalicə vacibdir.

Kəmalə Əliyeva
Həkim-oftalmoloq
Əlaqə: (+994) 55 906 95 95

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031