SON DƏQİQƏ

naxcivanxeberleri.com

Övladlarımızda görmə problemlərini necə aşkar etməli?

Övladlarımızda görmə problemlərini necə aşkar etməli?
2-02-2019, 12:50

Gələcəyimiz olan körpələrin sağlamlığı həmişə ən önəmli olub və ən vacib məsələlərdəndir. Bu məqaləmizə bir sualla başlayaq.
Övladlarınızda görmə pozğunluğu olduğunu necə anlayırsınız? Ana və ata olaraq bir neçə suala cavab verməklə bunu anlaya bilərsiniz.

1. Gözlərini tez-tez qırpırmı?
2. Yuxusu gəlmədiyi vaxtlarda gözlərini ovxalayırmı?
3. Bir şey izləyərkən və ya oxuyarkən bir gözünü bağlayırmı?
4. Bir rəsmə baxarkən daha yaxşı görmək üçün başını yana doğru əyirmi?
5. İşığa qarşı həssasdırmı?
6. Ona bir şey oxuduğunuzda kitabı yaxınlaşdırmağa çalışırmı?
7. Gözlərində göynəmə olduğunu söyləyirmi?
8. Gözləri qızarırmı?
9. Bəzən gözlərinin çəpləşdiyini müşahidə edirsinizmi?
10. Fotoşəkillərdə göz bəbəyinin qırmızı və ya qara düşməsi əvəzinə ağ işıq kimi görünməsi halları olurmu?
11. Uzaqdan keçən bir obyekti (təyyarə, maşın, quş) göstərdiyinizdə laqeydlik edirmi?
Bu suallardan birinə və ya bir neçəsinə “bəli” cavabı verdinizsə, övladınızda görmə problemləri var deməkdir.
Uzun müddət ərzində televizor verlişlərinə baxmaq, kompüterdə, ağıllı telefonlarda nə isə izləmək, müxtəlif oyunlar oynamaq uşağın gözlərinə mənfi təsir göstərir. 2 yaşına qədər olan uşaqlara telefona baxmaq ümumiyyətlə məsləhət görülmür. Bu uşağın yalnız gözlərinə deyil, mərkəzi sinir sisteminə də mənfi təsir edir. 6 yaşınadək olan uşaqlara kompüter arxasında oturmağa ümumiyyətlə icazə verilməməlidir. Miopiyası (uzağı zəif görmə) olan uşaqların boks, güləş, ağır atletika kimi idman növləri ilə məşğul olmaları onların gözləri üçün zərərli ola bilər.

Kəmalə Əliyeva
Həkim-oftalmoloq

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 679
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031