16:00 - Rusiyanın Ukraynadakı itkiləri 170 mini ötüb
15:45 - Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”
15:30 - Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar
15:15 - Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:45 - Martın 26-sı Epilepsiya Xəstələri Günüdür
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
12:15 - Bu gün "Novruz şəhərciyi"nin son günüdür-FOTO
12:00 - Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
Günün qoroskopu - 03.02.2023
Qoç- fəaliyyətlə bağlı vəziyyətiniz qənaətbəxş olacaq. Şəxsi büdcənizdə də uğurlarınız mümkündür. Sizə ümid və sevgi bəsləyənlərin inamından sui-istifadə etməyin. Təşəbbüskar olun.
Buğa - şad xəbərlər yolunuzu gözləyir. Hətta yeni və maraqlı təkliflər almaq ehtimalınız da var. Nahar ərəfəsində qarşınıza çıxan şanslardan istifadə edin ki, gələcək günləriniz xoş olsun.
Əkizlər – saat 12-yə qədər istirahət edib sonrakı müddətdə isə aktiv fəaliyyətə keçin. Aldığınız təkliflərə ciddi yanaşın. Qərar çıxararkən qətiyyətli olun. Reallıqdan kənara çıxmayın.
Xərçəng - xoş bir gün yaşayacağınızdan xəbər verən ulduzlar maraqlı insanlarla rastlaşacağınızı bildirir. Dəvətlərdən boyun qaçırmayın. İmkan tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.
Şir - təxminən saat 15-ə qədər hər bir məsələdə neytral mövqe seçməlisiniz. Çünki göstərilən müddətdə orqanizminizdə passivlik hökm sürəcək. Sonrakı ərəfəni ailə-sevgi məsələlərinə həsr edin.
Qız - yeni əlaqələr yaratmaq, perspektivli sövdələşmələrə başlamaq gün ərzində üzərinizə düşən başlıca vəzifə olmalıdır. İşlərin çoxluğundan xoflanmayın. Əsası odur ki, nəticə xeyrinizədir.
Tərəzi - ulduzların düzümünə əsasən bu gündən etibarən şəxsi işlərinizdə müsbət dönüş yaranmalıdır. Bunun üçün müttəfiqlərinizlə daha sıx əlaqə saxlamalı, yalan vədlər verməməlisiniz.
Əqrəb - günün ümumi mənzərəsi qənaətbəxş olsa da, insanlarla münasibətdə bir qədər ehtiyatlı tərpənməlisiniz. Çünki gün ərzində ciddi münaqişələrlə üzləşmə ehtimalınız var. Pul da gözlənilir.
Oxatan- rastlaşdığınız situasiyaların mürəkkəbliyindən qorxmayın. Ən azı ona görə ki, atdığınız hər bir addım ulduzlar tərəfindən dəstəklənir. Sevdiyiniz şəxslə münasibətləri qoruyun.
Oğlaq - iqlimin necəliyinə baxmayaraq, evdə oturmağa lüzum yoxdur. Çünki sizi müvəffəqiyyət gözləyir. Sevindirici xəbərlər, şəxsi işlərinizdə müsbət dönüş də mümkündür.
Dolça- bir qədər qalmaqallı gündür. Təxminən saat 16-ya qədər proseslər mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, dua və ziyarətlərinizi əsirgəməyin. Özünüzü təmkinli aparın, səhhətinizə fikir verin.
Balıqlar - ümumi kosmik mənzərə pozitiv olduğundan gün ərzində uğurlarınız çox olacaq. Rastlaşdığınız hadisələrin müsbət çalar daşıması və maddi problemlərinizin tənzimlənməsi sizi sevindirəcək