SON DƏQİQƏ

naxcivanxeberleri.com

Günün qoroskopu-29.09.2022

Günün qoroskopu-29.09.2022
29-09-2022, 00:00

Qoç- yaxşı əlaqələrinizin nəticəsi olacaq. Ortaqlı işlər dövriyyəyə girəcək. Yaxın ətrafınızdan dəstək görəcəksiniz.

Buğa- iş həyatınızda uğurlar olacaq. Güclü və gözəl əlaqələrinizlə işgüzar əlaqələrinizi gücləndirəcəksiniz. Özünüzü olduqca şanslı və optimist hiss edəcəksiniz.

Əkizlər- gözəl əlaqələr və enercinizlə özünüzü buludların üstündə hiss edəcəksiniz. Bir səyahətdən fayda görəcəyiniz ehtimal olunur. Yaradıcılıqla bağlı işlərin görülməsi üçün münasib bir gündür.

Xərçəng- ailə həyatınızda müsbət dəyişikliklər gözlənilir. Evinizə və sevdiklərinizə qarşı xəsislik etməyəcəksiniz. Artıq xərcliklərə baxmayaraq özünüzü xoşbəxt hiss edəcəksiniz.

Şir- şəxsi həyatınızda özünüzü bir çox baxımdan şanslı və xoşbəxt hiss edəcəksiniz. Ancaq ünsiyyətə bağlı işlərinizdə şans sizdən yan ola bilər. Gündəlik işlərə köklənəcəksiniz.

Qız- ulduzlar qazancınızı artıracağınızdan xəbər verir. Bu səbəbdən əhəmiyyətli iş əlaqələri quracaqsınız. Yaradıcılıqla bağlı işlərinizdə güclü təsirlər özünü göstərəcək. Romantik həyatınızda da işlər rəvan gedəcək.

Tərəzi- bu gün uşaqlarla yaxşı dil tapacaqsınız və həyata müsbət baxışlarla baxacaqsınız. Yaradıcılığa və ya sənətə bağlı işiniz varsa, bu gündən faydalanmağınız məsləhətdir.

Əqrəb- ev və ailə həyatınızda özünüzü xoşbəxt və şanslı hiss edəcəksiniz. Ailəni özünüzə arxa, dayaq bilərək dinclik tapacaqsınız. Dekorasiya ilə bağlı işlərin reallaşdırılması üçün uyğun zamandır.

Oxatan- bu gün gözəl təkliflərlə qarşılaşa bilərsiniz. Yoldaşlarınız sizə yeni iş qapıları arayacaq. Problemləri özünüzə dərd etməyin. Pis günün ömrü az olur.

Oğlaq- pul baxımından şanslısınız olacaqsınız. Əhəmiyyətli bir razılaşmaya imza atacaqsınız. Qazancınızın artacağı bir gün olacaq. Yaxın ətrafınızla birlikdə olacaqsınız.

Dolça- cəhdləriniz boşa getməyəcək. Xarici mühitdən sizi bir çox mövzuda dəstəkləyənlər olacaq. Özünüzü şanslı və xoşbəxt hiss edəcəksiniz.

Balıqlar- özünüzü ruhən çox yaxşı hiss edəcəksiniz. Ortaq pul yatırdığınız işdə nailiyyətlər olacaq. Gəlirlərinizi artıracaqsınız.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031