SON DƏQİQƏ

naxcivanxeberleri.com

Günün qoroskopu-21.09.2022

Günün qoroskopu-21.09.2022
21-09-2022, 00:00

Qoç- yaradıcı potensialınız yüksəkdir. Bu gündən bacardıqca faydalanın. Mürəkkəb, ciddi hazırlıq tələb edən işlər üçün münasib gündür. Şəxsi həyatınızda ciddi dəyişiklik mümkündür və onun necəliyi məhz sizdən asılıdır.

Buğa- risklə bağlı situasiyalardan qaçın. Istənilən şübhəli işdən uzaq durun. Sizin ehtiyatlılığınız başqaları üçün bir örnəkdir. Günün ikinci yarısı xırda maliyyə çətinlikləri yaşaya bilərsiniz. Son zamanlar aranızın yaxşı olmadığı insanla dil tapa, xətrinə dəydiyiniz birisiylə barışa bilərsiniz.

Əkizlər- planlaşdırılmamış səfərlər məsləhət deyil. Əgər bütün təşkilati işləri kimsə boynuna götürərsə, o zaman məzuniyyətə çıxa bilərsiniz. Qəfildən yaranan çətinliklər planlarınızı həyata keçirməyə mane olur, siz səhv qərarlar verirsiniz. Bu gün dilinizdən çıxan sözlərə nəzarət etmirsiniz. Sonra çox peşman olacaqsınız.

Xərçəng- arzularınız təzadlıdır. Qohumlarınızla, çoxdankı tərəfdaşlarınızla mübahisələr, sevdiyiniz şəxslə fikir ayrılığı mümkündür. Ortaq məxrəcə gəlmək çox çətin olacaq. Alış-verişə çıxmaq məsləhət deyil, nə qədər qənaətcil olsanız, bir elə yaxşıdır.

Şir- günün ikinci yarısında gözlənilməz görüşlər, maraqlı tanışlıqlar gözlənilir. Mənfi tendensiyaların təsiri bir qədər azalır və narahatlıq üçün ciddi səbəbiniz qalmır. Qətiyyətli olsanız, yeni işlərə başlaya bilərsiniz. Maliyyə baxımından uğurlu gündür. Alış-verişə çıxa bilərsiniz.

Qız- yaxınlarınızla gözəl gün keçirə, ailə üzvlərinizlə istirahət edə, birgə səfərlərə çıxa bilərsiniz. Can atdıqlarınıza çatmağınız bir qədər şübhəli görünür, amma müəyyən nəticələr əldə edəcəksiniz. Daha yumşaq olun, şərait tələb edərsə, dərhal planları dəyişməyə hazır olun.

Tərəzi- hadisələri tələsdirməyin. Xoş gündür. Bugünkü köməkçiləriniz ağıl, məntiq və ehtiyatlılıqdır. Risk etmək, emosiyalara qapılmaq, öz prinsiplərinizdən geri çəkilmək məsləhət deyil. Köhnə tanışlarınız sizi yada salacaqlar. Onlarla görüş sizi xeyli sevindirəcək.

Əqrəb- özünüzə başınız elə qarışıb ki, ətrafınızda nə baş verdiyindən xəbəriniz yoxdur. Xoşbəxtlikdən bu gün belə bir hal elə də təhlükəli deyil. Öz problemlərinizin həlli ilə məşğul ola, fikirlərinizi qaydaya sala, gələcək üçün planlar qura bilərsiniz. Gün alış-verişə çıxa, interyer üçün gözəl əşyalar ala bilərsiniz.

Oxatan- günün ikinci yarısı səhhətiniz pisləşə, güclü yorğunluq hiss edə bilərsiniz. Gücünüzü düzgün qiymətləndirin. Sizin istirahətə ehtiyacınız var və o nə qədər sakit keçsə, bir o qədər yaxşıdır. Ənənələri pozun, cəsarət xeyrinizə olacaq. Çoxdan düşündüyünüz, amma əlçatmaz olan planlarınızı həyata keçirə bilərsiniz.

Oğlaq- gün ərzində özünüzü yaxşı hiss etsəniz də, kefiniz korlana bilər. Idman, təmiz havada istirahət əhvalınızı düzəltməkdə kömək ola bilər. Vacib hadisələrə hazırlaşmaq üçün münasib gündür. Çalışın, ən xırda detallara belə fikir verin. Təsadüflər, qeyri-adi hadisələr taleyin sizə verdiyi ipucu ola bilər.

Dolça- sevgidə bəxtiniz gətirir. Yeni, başgicəlləndirici bir eşq macərasının başlanması mümkündür. Vacib qərarlar verə, gələcəyə planlar qura bilərsiniz. Pul, dəyərli hədiyyə ala bilərsiniz. Faydalı sövdələşmələr mümkündür.

Balıqlar- tələsməyin. Vacib qərarlar verməyin, yeni işlərə başlamayın. Bu gün onları lazım olmayan sövdələşmələrə xərcləyirsiniz. Belə ağılsız hərəkətləriniz həyatınızın digər sahələrində də problemlər yarada bilər. Səfərlərdən çəkinin.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930