SON DƏQİQƏ

naxcivanxeberleri.com

Günün qoroskopu

Günün qoroskopu
2-03-2021, 00:30

Qoç - Titan və Qanimedin münasibətləri nahara qədər olan vaxtda effektiv çalışmağı əngəlləyəcək. Cari işlərlə məşğul olun, təcili görüləsi işləri başa vurun.

Səhər qarşılaşacağınız sədlər aşmaq üçün plan hazırlayın.
Hələliksə köhnə ideyalara nəzər salmaq, yazışmaları saf-çürük etmək olar.

Günün ikinci yarısı işgüzar məsələlərin həlli üçün daha əlverişlidir.

Axşam saatlarında evdə olmağa çalışın.
İmkan varsa, alış-veriş edin. Ərzaq ehtiyatlarını tükənməyə qoymayın.

Buğa - Serera və Ayın münasibətləri günü yetərincə qarışıq edəcək. Əgər təcili işiniz varsa, onu təkbaşına başa çatdırmağa çalışın.

Günün ikinci yarısında məhsuldar və maraqlı vaxt başlanacaq. Yeni perspektivlər yaranır. Hətta itki olsa belə, sizi ağrıtmayacaq. Əks cins mənsubu sizinlə maraqlanacaq.

İmkanlarınız, maraqlarınız, istəkləriniz barədə bir daha fikirləşin.

Axşam saatlarını sizi maraqlandıra biləcək məşğuliyyətə həsr edin. İşgüzar və şəxsi münasibətlər yeni mərhələyə qədəm qoyur.

Əkizlər - Triton və Haronun münasibətləri günü impulsiv, hisslərdən asılı zamana çevirəcək. Məntiqli davranın, istənilən əməl və ya işin səmərəsini düşünün. Tək qalmayın, işdə həmkarlarınızla səmimi ünsiyyətdə olun.

Toplantı və ya iclas zamanı unutduğunuz məqamı qəflətən xatırlaya bilərsiniz.
Günün ikinci yarısı konkret maddi işlər üçün əlverişlidir. Bacarıq və istedadlarınızı nümayiş etdirin.

Nəzərdə tutduğunuz iş cari işlər və təmaslar çərçivəsindədirsə, uğurla başa çatacaq. Ünsiyyət dairəsini müvəqqəti olaraq məhdudlaşdırın.

Xərçəng - Amalteya və İonun münasibətləri günün ilk yarısında sizi tələsik, düşünülməmiş addımlar atmağa vadar edə bilər. Səbrsiz olmayın.

Hərəkətləriniz məqsədyönlü olsun.

Günün ikinci yarısı sizdə qətiyyət hissi yaradacaq.
Görüş və danışıqları planlaşdırmaq olar. İşdə rəhbərlik və həmkarlarla müzakirələr uğurlu alına bilər.

Ailədə ümumi planları müzakirə edin. Kimə və nə vəd etdiyinizi xatırlayın.
Axşam saatlarında dostlarla görüşmək olar.
Paylaşmaq istədiyiniz informasiya peyda ola bilər.

Şir - Kallisto və Mimasın münasibətləri günün ilk yarısında hadisələri xaotik, qarışıq edəcək. Təşəbbüsləri təxirə salın, yeni tədbirlər planlaşdırmayın.

Sənədləşdirmə üçün əlverişli vaxtdır. İş yerində, sənədlərdə, yazışmalarda qayda yaradın.
Qarşıda sizi yeni işlər və planlar gözləyir.

Sonradan sizə yeni işlərlə tapşırıqların öhdəsindən uğurla gəlməyinizə mane ola biləcək ünsürlərdən qurtulun.

Günün ikinci yarısı daha məhsuldar olacaq. Görüş, səfər, məlumatla iş çətinlik yaratmayacaq.

Axşam saatları ünsiyyət, ailəvi tədbirlər üçün məsləhətlidir.

Qız - Pasife və Tefayanın münasibətləri tərəfdaşlıqla əməkdaşlıqda yeni mərhələnin bünövrəsini qoyur. İşdə və şəxsi həyatda yenilik ola bilər.

Yeni ideyalar, təkliflər, əlaqələrə maksimum diqqət ayırın. Alınan bütün məlumatlara, əməkdaşlıqda maraqlı olan insanların sözlərini qulaqardına vurmayın.

Diqqətli olun, inadkarlıq etməyin. Bu gün müəyyən məsələ geri çəkilmək, güzəştə getmək, kompromiss variant seçmək olar. Mövqelərinizin möhkəmlənməsini gözləyin.

Axşam saatları ailəvi görüşlər, cari alış-veriş, ev işləri üçün əlverişlidir.
Sevdiyiniz insana daha çox diqqət ayırın.

Tərəzi - Enselad və Umbrielin münasibətləri günün ilk yarısında sizi müəyyən problemlərlə qarşılaşdıra bilər.

Konkret nəticələrin gözlənildiyi işlər planlaşdırmayın. Ünsiyyəti, məlumat alınmasını məhdudlaşdırmayın. Əlaqələr və təmaslar perspektivlidir. Fəqət, vaxtınızı boş söhbətlərə sərf etməyin.

Günün ikinci yarısında diqqəti cəmləmək, daha çox iş görmək olar. Ətrafınızdakı insanlar söhbətlərində ciddi məqamlara toxunmağa çalışacaqlar. Baş verənlərdə faydalı məzmun aramağa can atın.

İşlərin bir qismini tərəfdaş, dost, yoldaş və ya həmkara etibar edin.
Axşam saatlarını ailə üzvləri ilə birlikdə keçirin.

Əqrəb - Deymos və Ledanın münasibətləri günün ilk yarısında planlarınıza müəyyən məneələr yarada bilər. Əlavə işlərə və qayğılara hazır olun.

Günün ikinci yarısında bəzi proseslərin intensivliklə sürəti aşağı düşə bilər.
Aramla, tələsmədən, qərarlarınızı ölçüb-biçərək çalışın.
Yaşananlar və xüsusilə də duyğularla bağlı götür-qoyun zamanıdır.

Rifahınızı gücləndirə biləcək işlərə maksimum diqqət ayırın. Köhnə işləri başa vurmamış yeni işlərə başlamayın.
Maddi durumunuz imkan verərsə, alış-veriş etmək olar.
Qonaq gələ bilər.

Oxatan - Yupiter və Oberonun münasibətləri günün ilk yarısını qeyri-effektiv edəcək. Hadisələrə aktiv müdaxilə etməyə, şərtləri anlamağa, imkanlardan maksimum yararlanmağa çalışın.

Günün ikinci yarısında iş və yaşam məkanında yenidən təşkilatlanma, həmkarlarla münasibətlərin normaya gətirilməsi ilə məşğul olun.
Yaşanmış hisslərə, köhnə əlaqələrə, ünsiyyətdə olduğunuz insanlara yenidən baxmaq vaxtıdır.
Fəaliyyət arealınızı təmizləyin.

Sevdiyiniz insana olan hisslərinizə maddi dəstək verin.
Axşam saatlarında yarımçıq işi başa vura bilərsiniz.

Oğlaq - Makemake və Marsın münasibətləri günü iş üçün sərfəli edir. Yaranan imkanlar arasında gərəkli olanı seçərək şansdan yararlanmaq lazımdır.

Məlumat və xəbərləri izləyin, poçt qutunuzu yoxlayın, sizdən gözlənilən məktubları yollayın.

Evdə qayda yaratmaqla yanaşı, ciddi yeniliyə başlamaq olar.
Dəvət aldığınız tədbirə qatılmaq məsləhətdir.

Axşam saatları aktiv istirahət və yaradıcılıq üçün əlverişlidir.

Dolça - Uran və Neptunun münasibətləri sizdən aramla, tələsmədən davranmağı tələb edir. Nəyə malik olduğunuzu yaxşı götür-qoy edin, sonra da istəyinizi bir daha nəzərdən keçirin. Qarşıda cazibədar perspektivlər var. Fəqət, hələlik məlumat toplayın, səbrli olun, irəliləyişə zəmin hazırlayın.

Yaşamda qayda, nizam hissi yaranır. Çətinliklər olsa da, ruhdan düşməyin.
Mühüm görüş və tədbirləri günün ikinci yarısına planlaşdırın.
Evlə bağlı işləri görün, qohumlara yardım edin.

Balıqlar - Fobos və Himaliyanın münasibətləri yaxın ətrafınızda baş verənlərlə miqyasda perspektiv verəcək.

Fəaliyyət istiqaməti və qərarların dəyişməsi ehtimalı böyükdür. İşlərin bəzilərinin reallaşması çətinləşsə də, perspektivlər artıq bəllidir.

Günü rasional keçirməyə çalışın.
Qəti addımlar üçün günün ikinci yarısı daha münasibdir.

İnformasiya ilə işləmək, işgüzar yazışma aparmaq, gərəkli zənglər etmək olar.
Yolda ehtiyatlı davranın.

Axşam saatları sakit keçəcək, sizi xoş perspektiv və ya xəbərlə sevindirəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930