SON DƏQİQƏ

naxcivanxeberleri.com

BÜRCLƏR-3 MART

BÜRCLƏR-3 MART
3-03-2019, 00:03

BUĞA - Maraqlı görüşlər yolunuzu gözləyir. Güman ki, sizi böhranlı vəziyyətdən çıxara bilən insanlarla qarşılaşacaqsınız. Amma belə məqamlarda təmkinli olun ki, sonda gülə biləsiniz.

ƏKİZLƏR - İşgüzar və riskli sövdələşmələrdə iştirakınızı təxirə salmağa çalışın. Ən azından bu təqvim deyilən məsələlər üçün önəmli deyil. Gün ərzində dostlarınızla bir yerdə olun.

XƏRÇƏNG - Bəxtinizə fəaliyyət və yeni əlaqələr üçün ən uğurlu məqamlar düşəcək. Odur ki, mövcud potensialınızdan maksimum bəhrələnin. Müqəddəs yerləri ziyarət etmək yaxşı olardı.

ŞİR - Məqsədlərinizi həyata keçirməkdə bəzi maneələrlə üzləşsəniz də, günün ümumi mənzərəsi istəyinizə uyğun tərzdə canlanacaq. Büdcənizdə artım da mümkündür, amma səhhətinizi qorumalısınız.

QIZ - Şəxsi işlərinizdə böyük dönüş gözlənilir. Qarşıda duran yarım ay ərzində görəcəyiniz işləri reallığa yaxınlaşdırmaq üçün müttəfiqlərinizlə əlaqələri dərinləşdirməlisiniz.

TƏRƏZİ - Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin. Nahardan sonra isə yalnız istirahət və gəzintilərə meyl edin.

ƏQRƏB - Gələcək perspektivlərinizi reallaşdırmaq istiqamətində tənbəllik edirsiniz. Belə ki, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Əzmkarlığınızı artırın.

OXATAN - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Qazanmaq üçün çoxsaylı şanslarınız da mümkündür.

OĞLAQ - Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra səfərə çıxmağa dəyər.

DOLÇA - Çoxdan bəri donub qalmış planlarınızı dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz böyük səmərə verə bilər. Saat 14-dən sonra iştirak etdiyiniz bütün görüşlər xeyrinizədir.

BALIQLAR - Başınızdakı yeni ideyaları reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Büdcənizi boş məsrəflərə xərcləməyin.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031