SON DƏQİQƏ

22:11 - Azərbaycan və Rusiya XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər

21:46 - ABŞ-da koronavirusa yoluxanların sayı 473 minə çatdı

21:09 - Türkiyədə koronavirusdan ölənlərin sayı 1 000-ü ötdü

20:53 - İlham Əliyev: "Ümidvaram ki, koronavirusla mübarizədə qalib gələcəyik"

20:34 - Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı dəyişdi

20:28 - Hemofiliya və talassemiya xəstələrinin registri qaydası dəyişdi

20:23 - Dünyada koronavirus qurbanlarının sayı 100 mini ötdü

20:03 - Vəli Baxşəliyev: Qız qalası Naxçıvanın qədim tarixinin daş yaddaşıdır-FOTO

19:49 - İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı müəyyənləşdi

19:38 - ÜST-ün baş direktoru: Strateji Hazırlıq və Cavab Planımıza töhfə verdiyinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür etmək istəyirəm

19:27 - Prezident İlham Əliyev: Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu yerdədir

19:18 - Operativ Qərargah Rusiyadakı Azərbaycan vətəndaşlarına müraciət etdi

19:10 - Ümidsizliyinin rüşeymlərində gizli ümid kodları... - Nargis yazır

18:57 - Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna onlayn ödəniş etmək imkanı yaradılıb

18:48 - Azərbaycanda 65 koronavirusa yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi, 58 nəfər sağaldı - Operativ Qərargah

naxcivanxeberleri.com

Günün qoroskopu

Günün qoroskopu
25-03-2020, 00:09

Qoç - maraqlandığınız işlə məşğul olun. İnformasiya və ya məlumat axtarışı gözləntilərinizdən fərqli nəticələr verə bilər. Bütün imkanlardan yararlanmağa can atın. İşdə həmkarlardan birinin və ya sizə yaxın insanın seçiminə təsir etməyin asan olmadığı situasiyalarda yaradıcı yanaşma xüsusilə effektiv olacaq.

Buğa - münasibətlərdə və davranışlarda düzəlişlər, yeniliklər, zəruri islahatları gerçəkləşdirmək zamanıdır. Dəyişin, situasiyaya uyğunlaşın. Nəyi hər şeydən çox istədiyinizi, nəyə can atdığınızı dəqiqləşdirin. İfrat və neqativ emosiyalara varmayın. Hövsələsizlik və səbirsizliyə qapılmayın. Təmkinli olun, qısqanc davranmayın.

Əkizlər - rəqiblə münasibətlərdə gərginləşmə olacaq. Söz işə uyğun gəlməlidir. Hər şeyə rəğmən, bütün alternativ variantları nəzərdən keçirin. Şərtlər və şəraitin dəyişməsinə operativ reaksiya verin. Qarşıda ciddi, önəmli günlər var. Xoş sürprizlər ola bilər.

Xərçəng - çevik və sayıq davranın. Yaxın ətrafınızda, yaşam arealınızdakı insanların əhvalındakı dəyişikliklər, onların əminsizlik və təlaşından istifadə edin. Ailə üzvləri ilə ünsiyyət üçün yetərincə vaxt saxlayın. Axşam saatlarında istirahət edin.

Şir - yaşananları mümkün qədər təmkinlə, sakit şəkildə təhlil edin. Yanlış fikirlərin artmasına imkan verməyin. Hadisələr intensivləşir. Tələb və sifarişlərin hamısının yerinə yetirilməsi üçün vaxt çatmaya bilər. Artıq təklif və tələbləri eyninizə almayaraq işlərinizlə məşğul olun.

Qız -  günün ilk yarısı uğurlu başlanır. Lakin yaşananları mütləq şəkildə baş verməli olan hadisələr qismində qəbul edin. Gəlir mənbələri barədə düşünün, mənfəət yollarını araşdırın, təhlillər aparın. Günün ikinci yarısında işlər çoxdur. Maraqlarınızı və ya mənafeyinizi müdafiə etməli olacaqsınız. Böyük xərclərə yol verməyin.

Tərəzi - yaşam arealında qayda yaradın, hesabları ödəyin, borcu qaytarın. Əminlik yoxdursa, rəğbət bəslədiyiniz insan və ya dostlarla görüşü təxirə salın. Axşam saatlarında ev işləri ilə çox məşğul olmayın. İstirahət edin, stressdən qurtulun.

Əqrəb - uğurlu və uğursuz təkliflər səslənəcək. Münasibətlərin korlanmaması üçün həmin təklifləri dəyərləndirin. Problemin orijinal həllini tapın, gərginliyi çözün, Bundan sonra hansı istiqamətdə addımlar atacağınızı bəlirləməyibsinizsə, bir qədər nəfəs dərin, situasiyanı nəzərdən keçirin.

Oxatan - uğurlu gündür və indiyədək yerinə yetirə bilmədiyiniz işləri uğurla başa vura biləcəksiniz. Dəyişiklərə hazır olun, əks təqdirdə işlər yarımçıq qalacaq. İşin maraqları xətrinə gərəkli insanla danışıqlar aparın. İşdəki aktivliyə maksimum diqqət ayırın, səy göstərin.

Oğlaq - həddən artıq çox iş görməyə çalışmayın. İşdə ifrat dərəcə səy göstərməyin, çünki buna qiymət verən olmayacaq. Sizinlə münasibətləri aydınlaşdırmağa çalışan insanların təxribatına uymayın. Dəyişikliklər və yeniliklərlə bağlı tələskənliyə yol verməyin. Sadəcə, sizin səbr kasanızı daşdıran ünsürdən qurtulun.

Dolça - şəxsi həyatınızdakı dəyişiklikləri sürətləndirməyin. Əks təqdirdə anlaşılmazlıqla qarşılaşa bilərsiniz. Gözləntilərinizin biri doğrulacaq. Gələcəkdə perspektivlərinizin artması ilə bağıl təkliflər alacaqsınız. Gözlədiyiniz məlumatı eşidəcəksiniz. Təmayüllər tam izhar olacaq.

Balıqlar - İşlərinizdə ailə sizə dəstək olacaq. Münaqişələrin böyüməsinə imkan verməyin, sizi yaxın ətrafınızdakı insanlarla birləşdirən nüansları arayın. Əməkdaşlığın formalarının genişlənməsi, yeni layihələr və planların ailə üzvləri ilə müzakirəsi üçün yaxşı vaxtdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930