SON DƏQİQƏ

naxcivanxeberleri.com

Günün qoroskopu - 19.03.2023

Günün qoroskopu - 19.03.2023
19-03-2023, 00:00

Qoç- sizi həyəcanlanmağa vadar edən çətin gündür. Yaxşı olar ki, bu gün işgüzar danışıqlar aparmayasınız. Çünki siz müttəfiqlərinizə təzyiq göstərə bilərsiniz. 

Buğa- neqativ tendensiyalarla mübarizə aparmaq asan olmayacaq. Yaxınlarla da aranızda mübahisələr olacağı gözlənilir. Kəskin tənqidlərlə qarşılaşacaqsınız. 


Əkizlər- sakitliyinizi qoruyub saxlayın. Bu gün üçün ən vacib şərt məhz budur. Qarşınızda yeni imkanlar açılacaq. Sizə bunlar arasından ən maraqlısını seçmək qalır. 


Xərçəng- güclü düşməninizə qalib gələcəksiniz. Əgər köməyə ehtiyacınız olsa, yaxşı bələd olduğunuz köhnə dostlara müraciət edin. Sizin hamıya etibar etməyiniz əks cəbhəni sevindirir. 

Şir- ehtiyatlısınız. Bu da yaxşı əlamətdir, çünki düşmənlərin tələsinə düşməkdən sizi qoruyur. Liderlik qabiliyyətiniz parlayacaq, arxanızca çox adam addımlayacaq. 

Qız- hamı sizin səbrinizi sınağa çəkir, amma bu da sərhədsiz deyil. Yaxınlarınız sizin istədiklərinizin tam əksinə hərəkət edirlər. Belə vəziyyətdə daxili sakitliyinizi qorumalısınız. 


Tərəzi- gözləmədiyiniz qələbə əhvalınızı yüksəldəcək. Şən əhval, nikbinlik sizi yeni işlər icra etməyə sövq edəcək. Gün yorucu olsa da, məhsuldarlığı ilə seçiləcək. 

Əqrəb- gün gözlədiyinizdən də sakit keçəcək. Məlum olacaq ki, sizi narahat edən problem özü-özünə həll olunub. Sizi yalnız xoş məşğuliyyətlər gözləyir. 

Oxatan- həyatda çətinliklər də olur, amma siz tez təslim olursunuz. Bu gün çox çalışacaqsınız, amma zəhmətiniz itməyəcək. Maraqlı tanışlıq da gözlənilir. Maliyyə itkisi də gözlənilir.


Oğlaq- günün müsbət tərəfləri olduğu qədər də mənfi tərəfləri var. Birincisi, işgüzar müstəvi, maliyyə və karyera ilə bağlıdır. Ancaq elə fikirləşməyin ki, sevgidə də bəxtiniz gətirmir. 


Dolça- günün hadisələri sizi sevindirəcək. Xoşbəxtlikdən hər şey yaxşılığa doğru inkişaf edir. Planlarınızı reallaşdırmamış yeni işdən yapışmayın. Həyatdan kam alacaqsınız. 

Balıqlar- yaradıcılıq üçün pis gün deyil. Səhər erkəndən yeni ideyalarınız baş qaldıracaq. Təəssüf ki, bir-birinin ardınca səhvlər buraxacaqsınız. Bürcün nümayəndələri romantik əhvala kökləniblər. 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031