16:00 - Rusiyanın Ukraynadakı itkiləri 170 mini ötüb
15:45 - Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”
15:30 - Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar
15:15 - Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
12:15 - Bu gün "Novruz şəhərciyi"nin son günüdür-FOTO
12:00 - Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
11:45 - “Böyük yeddilik” ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsini dəstəkləyir
Günün qoroskopu - 18.03.2023
Qoç- bu gün xırda işlərlə kifayətlənməli olacaqsınız. Romantik görüş yaxşı keçəcək, amma nəzərə alın ki, bu müstəvidə təşəbbüskarlıq rolu sizin üzərinizə düşəcək.
Buğa- uğurlu, məhsuldar gündür. “Yoruldum” deməyəcəksiniz. Istənilən layihənin başlanğıcı üçün münasib gün sayılır. Bürcün imtahan verən nümayəndələrinin bəxti gətirəcək.
Əkizlər- ciddi hadisə baş verməyəcək. Xüsusilə, vizual incəsənətlə məşğul olanlar üçün uğurlu gündür. Onların istedadı parlayacaq. Gün əsaslı məsrəflərlə yadda qalacaq.
Xərçəng- neqativ tendensiyalar bu gün güclü olacaq. “Xərçəng”lər müttəfiqlərilə, həmkarlarıyla mübahisə edəcəklər. Nəticədə sizə az faydası dəyməyən adamların dəstəyini itirəcəksiniz.
Şir- çətin və gərgin gün olacaq. Müdiriyyətlə və həmkarlarla aranızda münasibət korlanacaq. Sizin mötəbər düşmənləriniz ola bilər. Pulla risk etməyin, qənaətcil və ehtiyatlı olun.
Qız- gün zəngin təcrübə toplamaq baxımından məhsuldardır. Amma pis xəbər də var. Taleyin verdiyi dərsdən “ağıllanmayanlar” cəzalanacaq. Əgər özünüzü güclü hesab edirsinizsə, yanılırsınız.
Tərəzi- ətrafdakılara onlar barədə düşündüklərinizi açıqlamağa tələsməyin. Çünki sabah qərarınızı dəyişə bilərsiniz. Sonrakı peşmançılıq fayda verməz. Bu üzdən də hələlik danışıqlar aparmaq məsləhət deyil.
Əqrəb- təhlükəli gündür. Yeni ideyaları tez reallaşdırmağa cəhd edirsiniz. Pulunuzu qoruyun, səhviniz ucbatından o, başqalarının ola bilər. Xüsusilə, günün ikinci yarısında emosiyalarınıza hakim kəsilə bilməyəcəksiniz.
Oxatan- xoş dövran başa çatmaq üzrədir. Buna görə də işlərinizi tamamlamağa çalışın. Günün emosional mənzərəsi sabitdir, əhvalınızın da yaxşı olacağı ehtimal edilir.
Oğlaq- uğurlu gündür. Bu günə münasib olmayan iş isə çətin və böyük miqyaslı layihələri gerçəkləşdirməkdir. Çünki onları bir günə tamamlaya bilməyəcəksiniz, sabahın isə öz qayğıları var.
Dolça- işgüzarlığınız getdikcə solur. Bu səbəbdən də işgüzar müstəvidə qələbələrə ümid etməyin. Aktual tapşırıqları həll etmək əvəzinə, bu işləri başqasına həvalə etmək üçün axtarışdasınız.
Balıqlar- maraqlı imkanlarınız çox olacaq, hətta seçim edərkən çətinlik çəkəcəksiniz. Günün birinci hissəsində emosional mənzərə sabit olacaq, amma axşama doğru əhvalınız korlanacaq.